Aleksey Baqa: "Sumqayıt"ın təklifini qəbul etməmək günah olardı"

Aleksey Baqa: "Sumqayıt"ın təklifini qəbul etməmək günah olardı" "Yəqin ki, bu, mənim üçün ən konkret təklif idi".
Futbol
474
17 Yanvar , 2022 10:39
Aleksey Baqa: Sumqayıtın təklifini qəbul etməmək günah olardı

"Yəqin ki, bu, mənim üçün ən konkret təklif idi".

"Report" xəbər verir ki, bunu "Sumqayıt" klubunun belaruslu baş məşqçisi Aleksey Baqa ölkəsinin STV telekanalına müsahibəsində deyib.

41 yaşlı mütəxəssis başqa təkliflərin real olmadığını bildirib: "Çünki digər bəzi söz-söhbətlər havada idi. Klub rəhbərliyi ilə görüşəndən sonra başa düşdüm ki, bu, böyük layihədir. Biz futbolda da, həyatda da çox şeyə eyni cür baxırıq. Belə maraq olan təqdirdə, bundan istifadə etməmək günah olardı. Komandamızda 8 oyunçu milliyə çağırılıb. İşləmək üçün yaxşı material və maraqlı çempionat mövcuddur"

Baqa yeni ölkəyə köçdüyü üçün qorxmadığını söyləyib: "Uzunmüddətli müqavilə imzalanıb. Burada iz buraxmaq üçün mümkün qədər uzun müddət və səmərəli işləmək istəyirəm. Mövsümün ilk yarısında çox xal itkiləri olub Heç kimin qarşısına ilk “üçlüy”ə düşmə vəzifəsi qoyulmayıb. Hər şeyə real yanaşırıq. Turnir cədvəlindəki yerdən qorxmuruq. Futbolçularla və məşqçilər korpusu ilə danışmışam. Hər şeydən əvvəl psixoloji durum önəmlidir. Çempionatda üçüncü yeri tutub, avrokuboklarda iştirak edib, milliyə çağırıldıqdan iki ay sonra futbol oynamağı unutmaq mümkün deyil. Vəziyyət yəqin ki, hər kəs üçün başa düşüləndir. Ona görə də psixoloji məqam daha vacibdir".

Belaruslu baş məşqçi qış təlim məşq toplanışı üçün Türkiyəni seçmələrinin səbəbini də açıqlayıb: "Azərbaycanda çempionat payız-yaz sistemi üzrə keçirilir. Birinci yarı başa çatıb, ikinci yarıya hazırlaşmaq üçün hamıya yaxşı tanış olan Türkiyəni seçdik. Fevralın 2-də bizi kubok oyunu gözləyir. Ardından çempionatda “Qəbələ” ilə üz-üzə gələcəyik. Hazırlıqda psixoloji məqamlara, eləcə də texniki-taktiki məsələlərə xüsusi diqqət yetiriləcək. Türkiyədə bunu ən qısa zamanda həll etməyə və vəziyyəti düzəltməyə çalışacağam".

Mütəxəssis müqaviləsinin detalları barədə danışmaq istəməyib: "Burada maddi sərvət baxımından kosmik nəsə yoxdur. Müqavilə 2,5 illikdir. Bununla maraqlanan hər kəsi əmin etmək istəyirəm ki, şərtlərdə qeyri-adi heç nə yoxdur".

Son xəbərlər

Orphus sistemi