Aleksandr Səmədov UEFA-nın qərarına qarşı çıxdı

Aleksandr Səmədov UEFA-nın qərarına qarşı çıxdı Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov UEFA-nın səfər qolu qaydasını ləğv etməsinə münasibət bildirib.
Futbol
286
24 İyun , 2021 18:28
Aleksandr Səmədov UEFA-nın qərarına qarşı çıxdı
Aleksandr Səmədov

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov UEFA-nın səfər qolu qaydasını ləğv etməsinə münasibət bildirib.

"Report"un məlumatına görə, Azərbaycan əsilli veteran yarımmüdafiəçi "Sport-express" nəşrinə açıqlamasında köhnə formatı daha çox bəyəndiyini bildirib.

Onun sözlərinə görə, futbol əvvəl daha maraqlı idi: "Mən köhnə qaydaların tərəfdarıyam. İstərdim ki, hər şey əvvəlkitək qalsın. Hətta VAR sistemi də ürəyimcə deyil. Bəlkə də bu, başqaları üçün faydalı ola bilər. Mənə görə futbol əvvəl daha yaxşı idi".

UEFA İcraiyyə Komitəsi səfər qolu qaydasının ləğvi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Aleksandr Səmədov 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi