Aleksandr Səmədov Moskva "Lokomotiv"i ilə yollarını ayırıb

Aleksandr Səmədov Moskva "Lokomotiv"i ilə yollarını ayırıb Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov Moskva "Lokomotiv"indən qovulub.
Futbol
4 aprel 2022 19:50
Aleksandr Səmədov Moskva Lokomotivi ilə yollarını ayırıb

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov Moskva "Lokomotiv"indən ayrılıb.

"Report"un məlumatına görə, bu barədə əslən azərbaycanlı veteran yarımmüdafiəçi "Championat" nəşrinə açıqlama verib.

O, gənclər komandasının baş seleksiyaçısı vəzifəsindən uzaqlaşdığını bildirib. Səmədov əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.

38 yaşlı mütəxəssis bu posta 2021-ci ilin yanvarında təyinat almışdı.

Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi