Aleksandr Fray: "Rəqibin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur"

Aleksandr Fray: "Rəqibin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur" "Avrokuboklarda mübarizə aparmaq vacibdir. Futbolçular üçün bu qarşılaşmalar hər zaman xüsusidir".
Futbol
454
7 Dekabr , 2021 14:21
Aleksandr Fray: Rəqibin Mançester Yunayted və ya Qarabağ olmasının fərqi yoxdur

"Avrokuboklarda mübarizə aparmaq vacibdir. Futbolçular üçün bu qarşılaşmalar hər zaman xüsusidir".

"Report"un məlumatına görə, bunu İsveçrənin "Bazel" klubunun sabiq futbolçusu Aleksandr Fray "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl "Telebasel"ə açıqlamasında deyib.

42 yaşlı keçmiş hücumçu avrokubok matçlarının rəqibdən asılı olmayaraq xüsusi önəmə malik olduğunu vurğulayıb: "Rəqibin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur".

Qeyd edək ki, "Qarabağ" dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi