Aleksandr Əliyev Futbol Akademiyasının baş məşqçisi təyin olunub

Aleksandr Əliyev Futbol Akademiyasının baş məşqçisi təyin olunub Bakı. 25 sentyabr. REPORT.AZ/ Ukrayna yığmasının və Kiyev Dinamosunun sabiq futbolçusu Aleksandr Əliyev Meliorator klubunun Uşaq Akademiyasının baş məşqçisi təyin olunub.
Futbol
25 Sentyabr , 2018 14:42
Aleksandr Əliyev Futbol Akademiyasının baş məşqçisi təyin olunub
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Ukrayna yığmasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev "Meliorator" klubunun Uşaq Akademiyasının baş məşqçisi təyin olunub.

"Report" "FootballHub"a istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi Ukraynada yeni akademiyanın açılışında da iştirak edib və öz fikirlərini bölüşüb: "Uşaqlarla işləmək çox maraqlıdır. Mən hər məşqdə onlara köməklik göstərəcəyəm. Dedikləri kimi, Joze Mourinyodan hələ çox uzaqdayam. Məni tapmaq istəyənlər Buçaya gələ bilərlər".

Qeyd edək ki, Azərbaycan əsilli Əliyev Ukrayna yığmasında çıxış etdiyi vaxt 28 oyuna 6 qol vurub. O, son olaraq Ukraynanın həvəskar "Xmelnitski" komandasının baş məşqçisi olub. Əliyev iyun ayında komandadan ayırılıb. Klub onun rəhbərliyi altında altı oyuna 1 qələbə qazanıb və 5 dəfə uduzub.

Son xəbərlər

Orphus sistemi