Aleksander Çeferin "Yuventus"un prezidentini ilana bənzətdi

Aleksander Çeferin "Yuventus"un prezidentini ilana bənzətdi "İlanların bizə bu qədər yaxın olduğunu bilmirdik, indi bildik"
Futbol
19 Aprel , 2021 17:23
Aleksander Çeferin Yuventusun prezidentini ilana bənzətdi
Aleksander Çeferin və Andrea Anyelli

UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqasında iştirakı təsdiqlənən İtaliyanın "Yuventus" klubunun rəhbəri Andrea Anyellini kəskin tənqid edib.

"Report"un məlumatına görə, sloveniyalı funksioner Anyelli ilə bağlı böyük xəyal qırıqlığı yaşadığını bildirib.

Çeferin indiyədək bu qədər yalan danışan insan görmədiyini söyləyib: "İnanılmazdır. İlanların bizə bu qədər yaxın olduğunu bilmirdik, indi bildik".

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Son xəbərlər

Orphus sistemi