Aleksandar Mitroviç: "Əvvəlcə Azərbaycana qalib gəlməliyik"

Aleksandar Mitroviç: "Əvvəlcə Azərbaycana qalib gəlməliyik" "Portuqaliya ilə Lissabondakı matça hələ çox var. Biz hələlik yalnız özümüz haqqında düşünməliyik".
Futbol
469
4 Oktyabr , 2021 20:15
Aleksandar Mitroviç: Əvvəlcə Azərbaycana qalib gəlməliyik
Aleksandar Mitroviç

"Portuqaliya ilə Lissabondakı matça hələ çox var. Biz hələlik yalnız özümüz haqqında düşünməliyik".

"Report"un məlumatına görə, bunu Serbiya millisinin futbolçusu Aleksandar Mitroviç Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından öncə mətbuat konfransında deyib.

İngiltərə "Fulhem"ində çıxış edən 27 yaşlı hücumçu bildirib ki, hazırda əsas diqqətləri qarşıdakı iki görüşdədir: "Əvvəlcə Lüksemburq və Azərbaycana qalib gəlməliyik. Bundan sonra əminliklə Lissabona getmək və onlarla oynamaq olar. Belə oyunlar üçün bizə xüsusi motivasiya lazım deyil".

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi