Aleks Ferqyuson: "VAR sistemi lənətə gəlmiş faciədir"

Aleks Ferqyuson: "VAR sistemi lənətə gəlmiş faciədir" İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson VAR sistemini tənqid edib.
Futbol
5 Yanvar , 2021 12:35
Aleks Ferqyuson: VAR sistemi lənətə gəlmiş faciədir
Aleks Ferqyuson

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson VAR sistemini tənqid edib.

"Report" xəbər verir ki, şotlandiyalı mütəxəssis "Daily Mail" nəşrinə açıqlamasında bunun əsl faciə olduğunu bildirib.

Ferqyusonun sözlərinə görə, sistemdən düzgün istifadə olunmur: "Bu, lənətə gəlmiş faciədir. Bir həftə öncə "Lids Yunayted"lə "Börnli"nin oyununa baxırdım. Meydan sahiblərinin qapıçısı rəqib futbolçuya qarşı qaydanı pozsa da, qonaqların qolu ləğv olundu. İnanılmazdır"!

Qeyd edək ki, daha əvvəl İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp VAR-dan narazılıq edib.

Son xəbərlər

Orphus sistemi