Albaniya yığmasının baş məşqçisi Aqollini vacib oyunçu adlandırıb

Albaniya yığmasının baş məşqçisi Aqollini vacib oyunçu adlandırıb Bakı. 10 sentyabr. REPORT.AZ/ Ansi Aqolli bizim üçün vacib oyunçudur. O, komandamızın kapitanıdır, çünki Albaniya millisinin heyətində hamıdan çox oyun keçirib.
Futbol
10 Sentyabr , 2018 17:14
Albaniya yığmasının baş məşqçisi Aqollini vacib oyunçu adlandırıb
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Ansi Aqolli bizim üçün vacib oyunçudur. O, komandamızın kapitanıdır, çünki Albaniya millisinin heyətində hamıdan çox oyun keçirib".

"Report"un məlumatına görə, bunu Albaniya millisinin baş məşqçisi Kristian Panuççi səfərdə Şotlandiya ilə keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəsis Albaniya yığmasına yenidən dəvət alan "Qarabağ" klubunun futbolçusunun məşqlərdə həvəslə çalışdığını və oyuna hazır olduğunu deyib: "Ansi yenidən millinin heyətində olduğu üçün sevinclidir. O, məşqlərdə yaxşı çalışır. Şotlandiya ilə keçirəcəyimiz oyuna tam hazırdır. Oynayıb-oynamayacağını bu gün görəcəyik".

Şotlandiya ilə oyunla bağlı da fikirlərini bölüşən italiyalı mütəxəssis onları çətin oyunun gözlədiyini və qələbə qazanmaq üçün bütün güclərini ortaya qoyacaqlarını bildirib: "Hazırda qrupdakı vəziyyətimiz yaxşıdır. Ancaq biz buna arxayın ola bilmərik. Ona görə də oyunçularıma diqqətli olmalarını tapşırmışam. Düşünürəm ki, qrupdakı komandaların səviyyələri təqribən eynidir. İsrail millisi ilə oyunda ilk səhvi edən biz olsaydıq, məğlub ola bilərdik. Bu gün bizi çətin oyun gözləyir. Rəqib təhlükəli komandadır. Onların hücumlarının qarşısını alıb buradan 3 xalla ayrılmağı düşünürük".

Qeyd edək ki, bu gün Qlazqo şəhərindəki "Hapden Park" stadionda keçiriləcək Şotlandiya - Albaniya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi