Albaniya klubunun məşqçiləri "Keşlə"ni analiz edə bilmir

Albaniya klubunun məşqçiləri "Keşlə"ni analiz edə bilmir "Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniya "Laçi"si Azərbaycan klubu barədə məlumat toplamaqda çətinliklə üzləşib.
Futbol
535
12 Avqust , 2020 18:20
Albaniya klubunun məşqçiləri Keşləni analiz edə bilmir

"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniya "Laçi"si Azərbaycan klubu barədə məlumat toplamaqda çətinliklə üzləşib.

"Report" "Panoramasport" nəşrinə istinadən xəbər verir ki, buna Premyer Liqanın koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılması səbəb olub.

"Laçi"nin məşqçilər heyəti rəqibi analiz etmək istəsələr də, Bakı təmsilçisinin mart ayından rəsmi oyun keçirməməsi buna mane olur.

Qeyd edək ki, avqustun 27-də keçiriləcək "Keşlə" - "Laçi" oyunu saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi