Albaniya çempionatının oyununda kütləvi dava

Albaniya çempionatının oyununda kütləvi dava Münaqişəyə oyunu izləyən azarkeşlər də qarışıblar
Futbol
128
3 Aprel , 2021 12:48
Albaniya çempionatının oyununda kütləvi dava

Futbol üzrə Albaniyanın U-19 liqasının "Football Republic" - "Teuta" matçında kütləvi dava düşüb.

"Report" "Panoramasport"a istinadən xəbər verir ki, münaqişəyə oyunu izləyən azarkeşlər də qarışıblar.

İnsidentlə bağlı qərarları açıqlayan İntizam Komitəsi meydan sahiblərinə texniki məğlubiyyət verib, klubun hesabından 20 xal silinib. "Football Republic" çempionatdakı qalan matçlarını neytral meydanda və tamaşaçısız keçiriəcək. Həmçinin komandanın 7 futbolçusu 8 oyunluq diskvalifikasiya olunub.

Qonaqlardan isə 2 futbolçu cəza səbəbindən qarşıdakı 6 görüşü buraxmalı olacaq.

Son xəbərlər

Orphus sistemi