Albaniyalı baş məşqçi: "Azərbaycan komandası ilə matç çətin olacaq"

Albaniyalı baş məşqçi: "Azərbaycan komandası ilə matç çətin olacaq" "Keşlə" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəkirəqibi Albaniyanın "Laçi" klubu yoldaşlıq görüşü keçirib.
Futbol
698
21 Avqust , 2020 09:16
Albaniyalı baş məşqçi: Azərbaycan komandası ilə matç çətin olacaq
Armando Kunqu

"Keşlə" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Laçi" klubu yoxlama görüşü keçirib. 

"Report"un məlumatına görə, komanda "Apoloniya" ilə üz-üzə gəlib. Qarşılaşma "Laçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Komandanın baş məşqçisi Armando Kunqu "Panorama" nəşrinə açıqlama verib. Görüş haqqında qısa danışan 47 yaşlı albaniyalı mütəxəssis "Keşlə" ilə oyun barədə də fikirlərini bildirib: "Apoloniya" ilə oyunun ilk hissəsindən razı qaldım, amma şansların çoxundan istifadə edə bilmədik. Bilirik ki, Azərbaycan komandasına qarşı işimiz çətin olacaq. Amma matçı emosional yüklər olmadan keçirəcəyik”. 

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi