"Alanyaspor" rəsmisi: "Donald Geryo Vildi "Qarabağ"a satdıq"

"Alanyaspor" rəsmisi: "Donald Geryo Vildi "Qarabağ"a satdıq" Mevlüthan Çavuşoğlu: "Futbolçu viza məsələsini həll etdikdən sonra Bakıya gedəcək"
Futbol
5 İyul , 2017 13:35
Alanyaspor rəsmisi: Donald Geryo Vildi Qarabağa satdıq

Bakı. 5 iyul. REPORT.AZ/ Türkiyənin "Alanyaspor" klubunun futbolçusu Donald Geryo Vild "Qarabağ"a transfer olunub. Bu barədə "Report"a Super Liqa təmsilçisinin baş koordinatoru Mevlüthan Çavuşoğlu açıqlama verib.

Klub rəsmisi Haiti yığmasının oyunçusunu müəyyən məbləğ qarşılığında Azərbaycan komandasına buraxdıqlarını bildirib. M.Çavuşoğlu deyib ki, hazırda 28 yaşlı yarımmüdafiəçi viza məsələsinin həlli ilə məşğuldur: "Futbolçu sabah Bakıya gedə bilər. Viza məsələsi var, onu həll etməlidirlər. “Qarabağ” onun transferi üçün bizə pul ödədi. Lakin məbləği deyə bilmərəm".

Qeyd edək ki, Donald Geryo Vild ötən mövsüm "Alanyaspor"a transfer olunub. O, əvvəllər Polşa "Visla"sında da legioner həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi