Alan Dunkan: “Azərbaycan futbolunun keyfiyyəti və standartı gündən-günə yaxşılaşır”

Alan Dunkan: “Azərbaycan futbolunun keyfiyyəti və standartı gündən-günə yaxşılaşır” Britaniyalı nazir Azərbaycanlı gənclərə verdiyi məsləhətlər haqqında da danışıb
Futbol
14 Sentyabr , 2017 15:43
Alan Dunkan: “Azərbaycan futbolunun keyfiyyəti və standartı gündən-günə yaxşılaşır”
Report/ Firi Səlim

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Tofiq Bəhramovun adı ilə Böyük Britaniya futbolu arasında çox yaxşı əlaqə var. Onun adına Britaniyada hörmətlə yanaşırlar və futbol tarixinə yazılıb”. "Report" xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib.

Çempionlar Liqasında qrup mərhələsinin “Qarabağ” - “Çelsi” oyunu haqda danışan nazir bildirib ki, bu, təcrübə baxımından çox əhəmiyyətlidir: “Əslində Azərbaycan futbolunun keyfiyyəti və standartı da gündən-günə yaxşılaşır. Baxmayaraq ki, "Qarabağ" "Çelsi"yə 0:6 hesabı ilə uduzub, təcrübəni nəzərə alsaq, bu, o qədər də pis nəticə deyil. Çünki siz bir neçə il öncə futbolda yüksək nailiyyətlərə başlamısınız. Mənə elə gəlir ki, nailiyyətləriniz ildən-ilə daha da yaxşılaşacaq”.

A.Dunkan Azərbaycanlı gənclərə verdiyi məsləhətlər haqqında da danışıb: “Az öncə azərbaycanlı gənclərin futbol oynadığını gördüm və onlara dedim: “Ey gənclər, çoxlu məşq edin, ambisiyalı olun və eyni zamanda daha güclü komandalara qalib gəlməyi öyrənin". 

Son xəbərlər

Orphus sistemi