Ağayev İsraildən təklif gözləyir

Ağayev İsraildən təklif gözləyir Premyer Liqada 4-cü pilləni tutmaqla, ilk dəfə Sumqayıtı Avropa Liqasına çıxardıq və klubun tarixinə düşdük.
Futbol
19 İyun , 2020 15:03
Ağayev İsraildən təklif gözləyir

"Premyer Liqada 4-cü pilləni tutmaqla, ilk dəfə "Sumqayıt"ı Avropa Liqasına çıxardıq və klubun tarixinə düşdük".

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Əmir Ağayev deyib.

"Gənclik şəhəri" təmsilçisi ilə müqaviləsi başa çatan israilli yarımmüdafiəçi bildirib ki, karyerasını yenidən ölkəsində davam etdirə bilər: "Artıq azad agent statusu daşıyıram və İsraildən olan istənilən təklifə açığam. Heç bir variantı istisna etmirəm".

28 yaşlı oyunçu çempionatın dayandırılması qərarından əvvəlcə məyus, sonradan isə ən doğru qərarın verildiyinə əmin olduğunu bildirib. Yaxşı mövsüm keçirdiyini bildirən təcrübəli futbolçunun sözlərinə görə, bir ildir getmədiyi İsrailə qayıtmağın, ailə üzvləri və dostlarını ziyarət etməyin vaxtı çatıb: "İyunun 24-də İsrail hökuməti Bakıdan xüsusi uçuş təşkil edəcək. Həmin reyslə mən də ölkəmə qayıdacağam. Bir qədər istirahət etdikdən sonra yeni mövsümün hazırlığına başlayacağam".

Ağayev yenidən "Sumqayıt"da çıxış edə biləcəyini də istisna etməyib: "Hələ heç nə bilmirəm. Hər şeyi zaman göstərəcək. Qərarımda "Sumqayıt" və digər klublardan alacağım təkliflər rol oynayacaq. Başa düşürəm, komandanın Avropa Liqasındakı çıxışı mənim üçün də yaxşı şans ola bilər. Amma bir qədər gözləmək lazımdır. Hələlik heç bir klubdan rəsmi təklif almamışam. Növbəti mövsümdə mənim üçün ən yaxşısı nə olacaqsa, onu da edəcəyəm".

Qeyd edək ki, Əmir Ağayev "Sumqayıt"a 2019-cu ilin yanvarında keçib.

Son xəbərlər

Orphus sistemi