Ağabala Ramazanov: "Mən də Prosineçkinin qayıtmasını istəyirəm"

Ağabala Ramazanov: "Mən də Prosineçkinin qayıtmasını istəyirəm" Şerif barədə çox danışmaq istəmirəm. Bu söhbət mənim üçün artıq bağlanıb. Yalnız onu deyə bilərəm ki, getməyim alınmadı.
Futbol
18 Dekabr , 2019 16:54
Ağabala Ramazanov: Mən də Prosineçkinin qayıtmasını istəyirəm

"Şerif" barədə çox danışmaq istəmirəm. Bu söhbət mənim üçün artıq bağlanıb. Yalnız onu deyə bilərəm ki, getməyim alınmadı". 

Bunu "Report"a Azərbaycan millisinin və "Səbail"in futbolçusu Ağabala Ramazanov Moldovanın "Şerif" klubuna keçidinin alınmaması ilə bağlı danışarkən deyib. 

26 yaşlı hücumçu hazırkı klubunun transfer üçün müsbət rəy verdiyini vurğulayıb: "Klubum keçidimə heç bir problem yaratmırdı. Əslində real danışıq da yox idi. Mənim adım "Keşlə" ilə də hallandı. O da boş söhbət idi. Mənimlə yayda maraqlanıblar".

Ramazanov Nikola Yurçeviçin Azərbaycan millisindən ayrılması barədə də danışıb. O, xorvatiyalı mütəxəssisin yaxşı insan olduğunu deyib: "Yurçeviç pis məşqçi deyildi. Amma bu gün hamı nəticə tələb edir. Nəticə verə bilmirsənsə, məsuliyyət sənin üzərinə düşür.  Ona gələcək işlərində uğurlar arzulayıram. Həqiqətən də, çox yaxşı insan idi".

Forvard yığmaya namizəd olan Robert Prosineçki barədə də danışıb: "Futbolçular Prosineçkinin qayıtmasını istəyirlərsə, deməli, ona bələddirlər. Mən də istəyirəm ki, qayıtsın". 

Son xəbərlər

Orphus sistemi