"Sumqayıt" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb

"Sumqayıt" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb "Sumqayıt" yarımfinala vəsiqə qazanıb və "Zirə"yə rəqib olub
Futbol
19 Dekabr , 2018 22:29
Sumqayıt Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

"Report"un məlumatına görə, Sumqayıtda şəhərin eyni adlı təmsilçisi "Neftçi"ni qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüşdə qonaqlar qələbə qazanıb - 1:0. "Ağ-qaralar"ın heyətində 43-cü dəqiqədə Namik Ələskərov fərqlənib.

Bununla belə, səfərdəki ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi üçün "Sumqayıt" yarımfinala vəsiqə qazanıb və "Zirə"yə rəqib olub.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.

"Zirə" komandası 1/4 finalda "Səbail"i mübarizədən kənarlaşdırıb. 

Son xəbərlər

Orphus sistemi