Ağ ev: Rusiyadakı dünya çempionatına getməzdən əvvəl azarkeşlərin iki dəfə düşünməsi daha yaxşı olar

Ağ ev: Rusiyadakı dünya çempionatına getməzdən əvvəl azarkeşlərin iki dəfə düşünməsi daha yaxşı olar Bakı. 9 aprel. REPORT.AZ/ ABŞ hökuməti futbol azarkeşlərini 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına getmək planlarını iki dəfə düşünüb sonra qərar verməyə çağırıb.
Futbol
9 Aprel , 2018 18:23
Ağ ev: Rusiyadakı dünya çempionatına getməzdən əvvəl azarkeşlərin iki dəfə düşünməsi daha yaxşı olar

Bakı. 9 aprel. REPORT.AZ/ ABŞ hökuməti futbol azarkeşlərini 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına getmək planlarını iki dəfə düşünüb sonra qərar verməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" Ağ evdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu çağırış Rusiyada amerikalı diplomatların sayının azaldılması ilə bağlıdır. Vaşinqtonda hesab edirlər ki, bu səbəbdən ABŞ vətəndaşları Rusiyada konsulluq yardımı ilə bağlı problem yaşaya bilərlər.

Britaniya nəşrinin həmsöhbəti şəxsən özünün Rusiyaya getməzdən əvvəl iki dəfə düşünəcəyini söyləyib.

Eyni zamanda həmsöhbət mundial zamanı Rusiyada böyük şok və fövqəladə hal olacağını gözləmədiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi