Aftandil Hacıyev: "Sabah"a qarşı pis çıxış etmədik"

Aftandil Hacıyev: "Sabah"a qarşı pis çıxış etmədik" "Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik, futbolçularıma təşəkkür edirəm".
Futbol
19 Mart , 2022 18:56
Aftandil Hacıyev: Sabaha qarşı pis çıxış etmədik
Aftandil Hacıyev

"Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik, futbolçularıma təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqisi Aftandil Hacıyev səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qarşılaşmanın maraqlı alındığını bildirib: "Rəqibin gücü bəllidir. İstədiyimiz qələbəni əldə edə bilmirik. Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı. İkinci yarıda daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı matçın dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi