Aftandil Hacıyev: "Kamran Ağayevin kənarda qalmasını istəmədik"

Aftandil Hacıyev: "Kamran Ağayevin kənarda qalmasını istəmədik" Azərbaycan millisinin keçmiş futbolçusu Kamran Ağayev "Səbail"ə keçib.
Futbol
660
25 Avqust , 2020 17:17
Aftandil Hacıyev: Kamran Ağayevin kənarda qalmasını istəmədik
Aftandil Hacıyev

Azərbaycan millisinin keçmiş futbolçusu Kamran Ağayev "Səbail"ə keçib.

Bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis 34 yaşlı qolkiperlə 1 illik müqavilə imzalandığını bildirib: "Bu mövsüm bizə kömək etməsə belə, onun kənarda qalmasını istəmədik. Ona görə də təcrübəli qapıçıya yardım etdik. Formasını bərpa edənədək bizimlə olacaq. Tam hazır olduqdan sonra oyunlarda onun xidmətindən də istifadə etməyi düşünürük".

A.Hacıyev Ağayevdən əlavə, heyətə daha bir qolkiper cəlb etmək istədiklərini söyləyib.

Qeyd edək ki, Azərbaycanda "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" komandalarının formasını geyinmiş Kamran Ağayevin son klubu "Keşlə" olub. Milli komandada 78 oyun keçirən qolkiper Türkiyənin "Karşıyaka", "Kayserispor", Portuqaliyanın "Boavişta" və Çexiyanın "Mlada-Boleslav" komandalarında da çıxış edib. O, 1 ildən çoxdur klubsuz idi.

Son xəbərlər

Orphus sistemi