Aftandil Hacıyev: "Essyeni hər oyunda meydana buraxmaq istəyirik"

Aftandil Hacıyev: "Essyeni hər oyunda meydana buraxmaq istəyirik" Çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda rəqib səhvlərimizdən yararlanmağı bacardı. Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. Çoxdandır belə ikinci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq“.
Futbol
18 Aprel , 2019 19:21
Aftandil Hacıyev: Essyeni hər oyunda meydana buraxmaq istəyirik

"Çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda rəqib səhvlərimizdən yararlanmağı bacardı. Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. Çoxdandır belə ikinci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq“.

"Report" xəbər verir ki, bu fikirləri “Səbail” komandasının baş məşqçisi Aftandil Hacıyev səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis rəqibin görüş ərzində pressinq tətbiq etdiyini bildirib: "Qısa ötürmələrlə oynamadığımız fikrinin sizdə formalaşmasını istəməzdim. Rəqib ilk 25 dəqiqədə pressinq edib qol vurdu".

Hacıyev komandanın tanınmış futbolçusu Maykl Essyen barədə də danışıb: "Essyeni hər oyunda meydana buraxmaq istəyirik. Amma istəmirik ki, bir ildir oynamayan futbolçu zədələnsin. Onunla 1,5 illik müqaviləmiz var. Qarşıdakı oyunlarda ondan yararlana biləcəyimizi düşünürəm".

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov isə qələbəni əldən buraxdıqlarını söyləyib. Onun fikrincə, komanda uduzmağı haqq etməyib: "3 xal qazanaraq kubok oyunlarına motivasiyalı çıxmaq istəyirdik. Bu gün gənc futbolçulara şans vermişdik. Xarakter barədə futbolçulara inandığımızı bildirmişdik.

Məşqçi bir neçə futbolçuya aprelin 23-də yarımfinalda "Zirə" ilə qarşılaşacaqları kubok matçına görə istirahət verdiklərini bildirib: "Bu, bizim üçün önəmlidir. Bəlkə, əzmkarlıq göstərərək bu ilin ağrı-acısını unutdura bilərik".

Son xəbərlər

Orphus sistemi