Aftandil Hacıyev: "Ekşteynin psixoloji durumu yaxşı deyildi"

Aftandil Hacıyev: "Ekşteynin psixoloji durumu yaxşı deyildi" "Səbail" klubunun futbolçusu Hendrik Ekşteyn Azərbaycana qayıdıb.
Futbol
25 Sentyabr , 2020 18:03
Aftandil Hacıyev: Ekşteynin psixoloji durumu yaxşı deyildi
Aftandil Hacıyev

"Səbail" klubunun futbolçusu Hendrik Ekşteyn Azərbaycana qayıdıb.

Bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis bildirib ki, cənubi afrikalı yarımmüdafiəçi artıq məşqlərə qoşulub: "Ekşteynin psixoloji durumu yaxşı deyildi. Özü bizə demişdi. Bakıya gələndən sonra üzr istədi. Biz də imkan yaratdıq ki, işinə davam etsin. Yəni onun gedişi sırf pulla bağlı deyildi".

Qeyd edək ki, Hendrik Ekşteyn "Səbail"ə bu ilin yanvarında "Sabah" klubundan keçib. O, sentyabrın əvvəlində klubun icazəsi olmadan ölkəsinə yollanmışdı.

 Hendrik Ekşteyn
Hendrik Ekşteyn

Son xəbərlər

Orphus sistemi