Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyir

Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyir Aliko Danqote klubu əldə edəcəyi təqdirdə, Arsen Vengeri istefaya göndərəcəyini açıqlayıb
Futbol
18 Avqust , 2017 15:51
Afrikanın ən varlı adamı İngiltərənin Arsenal klubunu almaq istəyir

Bakı. 18 avqust. REPORT.AZ/ Afrikanın ən varlı adamlarının siyahısına başçılıq edən Aliko Danqote İngiltərənin “Arsenal” futbol klubunu almaq istəyir.

“Report”un goal.com saytına istinadən verdiyi məlumata görə, bu barədə 60 yaşlı nigeriyalı biznesmenin özü açıqlama verib. 

O, London klubunu əldə edəcəyi təqdirdə, əsas komandanın baş məşqçisi Arsen Vengeri istefaya göndərəcəyini bildirib: “Vengerin yaxşı məşqçilik karyerası var. Lakin hazırda komandanı başqa mütəxəssisə etibar etmək lazımdır. Laosda neft emalı zavodunun inşaatı başa çatdıqdan sonra “Arsenal”ın sahiblərinə təklif göndərəcəyik".

Qeyd edək ki, Aliko Danqotenin varidatı 13 milyard dollar səviyyəsində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi