Afrikalı hücumçu: "Neftçi"də oynamaq istəyərəm"

Afrikalı hücumçu: "Neftçi"də oynamaq istəyərəm" "Qəbələ"nin futbolçusu Ceyms Adeniyi "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Futbol
30 Dekabr , 2020 19:40
Afrikalı hücumçu: Neftçidə oynamaq istəyərəm
Ceyms Adeniyi

"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nigeriyalı hücumçu "Report"a açıqlamasında flaqmandan rəsmi təklif almadığını söyləyib.

28 yaşlı forvard paytaxt təmsilçisində oynamaq istədiyini gizlətməyib: "Mən bu barədə eşitmişəm. Amma rəsmi deyil. "Neftçi"də oynamaq istəyərəm. Düşünürəm ki, bu, Azərbaycanda çıxış edən hər futbolçunun arzusudur".

Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə 2021-ci ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi