Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bəlli olub.
Futbol
7 Fevral , 2022 09:00
Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bəlli olub.

"Report" yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, bu ada Seneqal yığmasının hücumçusu Sadio Mane layiq görülüb.

İngiltərənin "Liverpul" klubunda çıxış edən 30 yaşlı forvard komandasının bütün görüşlərdində iştirak edib. Mane bu matçlarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamerun yığmasının hücumçusu Vensan Abubakar 8 qolla yarışın bombardiri, Seneqal millisinin qapıçısı Eduard Mendi turnirin ən yaxşı qapıçısı, onun misirli həmkarı Məhəmməd Abu Qabal finalın ən yaxşı oyunçusu seçilib. 

Qeyd edək ki, Seneqal Afrika Millətlər Kubokunun finalında Misiri əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan qarşılaşmanın penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib və tarixində ilk dəfə çempion olub. Sadio Mane oyunun 7-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini qola çevirə bilməsə də, penaltilər seriyasında dəqiq oynayıb.

Son xəbərlər

Orphus sistemi