Afrika Millətlər Kuboku təxirə salındı

Afrika Millətlər Kuboku təxirə salındı Futbol üzrə Afrika Millətlər Kuboku 2021-ci ildən 2022-ci ilə təxirə salınıb.
Futbol
30 Aprel , 2020 23:27
Afrika Millətlər Kuboku təxirə salındı

Futbol üzrə Afrika Millətlər Kuboku 2021-ci ildən 2022-ci ilə təxirə salınıb. 

"Report"un məlumatına görə, bu barədə qərarı Afrika Futbol Konfederasiyası qəbul edib. Belə bir qərara AVRO-2020-nin koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə keçirilməsi təsir edib. Lakin Kamerun yarışın ev sahibi kimi qalıb.  

Qeyd edək ki, Afrika Millətlər Kubokunun gələn il 9 yanvar - 6 fevralda keçirilməsi planlaşdırılırdı. Yarışın yeni tarixi hələ müəyyənləşməyib.

Son xəbərlər

Orphus sistemi