Afrika Millətlər Kuboku: Kanenin komandası ilk oyunda qələbə qazanıb

Afrika Millətlər Kuboku: Kanenin komandası ilk oyunda qələbə qazanıb "Neftçi"nin futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya yığması Afrika Millətlər Kubokunda ilk oyununu keçirib.
Futbol
10 Yanvar , 2022 21:53
Afrika Millətlər Kuboku: Kanenin komandası ilk oyunda qələbə qazanıb

"Neftçi"nin futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya yığması Afrika Millətlər Kubokunda ilk oyununu keçirib.

"Report"un məlumatına görə, B qrupunda yer alan kollektiv birinci turda Malavi seçməsi ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. 35-ci dəqiqədə fərqlənən İssiaqa Silla Qvineya millisinə qələbə qazandırıb.

Oyuna start heyətində başlayan Kane sonadək meydanda qalıb.

Bu qrupun digər görüşündə Seneqal yığması Zimbabveyə eyni hesabla qalib gəlib.

Qeyd edək ki, müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan Mamadu Kane "Neftçi"də icarə əsasında çıxış edir.

Son xəbərlər

Orphus sistemi