Afrika Millətlər Kuboku: Komor adaları yığması meydana qapıçısız çıxıb

Afrika Millətlər Kuboku: Komor adaları yığması meydana qapıçısız çıxıb Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə baş verib.
Futbol
24 Yanvar , 2022 23:18
Afrika Millətlər Kuboku: Komor adaları yığması meydana qapıçısız çıxıb

Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə baş verib.

"Report"un məlumatına görə, Komor adaları millisi Kameruna qarşı 1/8 final matçına qapıçısız çıxıb.

Yığmanın əsas qolkiperi Səlim Ben-Buana zədəli olduğu üçün sifariş olunmayıb. Daha əvvəl koronavirusa yoluxmuş Əli Aamada və Moyad Hüsseyni isə karantində olduqlarından görüşdə iştirak edə bilmirlər. Aamadnın bugünkü analizinin nəticəsi mənfi çıxsa da, Afrika Futbol Konfederasiyası onun oynamasına icazə verməyib.

Bu səbəbdən hazırda davam edən qarşılaşmada Komor adaları millisinin qapısını müdafiəçi Şakir Əl-Hadur qoruyur. 31 yaşlı futbolçu Fransanın II liqasında çıxış edən "Ayaçço"nun formasını geyinir.

Qeyd edək ki, Kamerun - Komor adaları matçında ilk hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi