Afrika klubunun baş məşqçisi "Qarabağ"ın istədiyi futbolçunun durumu haqqında danışıb

Afrika klubunun baş məşqçisi "Qarabağ"ın istədiyi futbolçunun durumu haqqında danışıb Bakı. 2 aprel. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) Mamelodi Sandaunz klubunun baş məşqçisi Pitso Masimane Qarabağın heyətinə qatmaq istədiyi futbolçu Xama Billiatın durumu haqqında danışıb.
Futbol
2 Aprel , 2018 13:47
Afrika klubunun baş məşqçisi Qarabağın istədiyi futbolçunun durumu haqqında danışıb

Bakı. 2 aprel. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Masimane "Qarabağ"ın heyətinə qatmaq istədiyi futbolçu Xama Billiatın durumu haqqında danışıb.

"Report"un məlumatına görə, 53 yaşlı mütəxəssis hücumçunu komandada saxlamaq istədiyini açıqlayıb. O, Billiatın müqaviləsinin iyunun 30-da başa çatacağını xatırladıb: "Klub futbolçunu komandada saxlamaq üçün saysız-hesabsız cəhdlər edir. İndiyədək razılıq əldə olunmayıb. Hələ heç nə dəyişməyib".

Qeyd edək ki, Xama Billiatın meneceri futbolçunun "Qarabağ"la danışıqlarının davam etdiyini söyləyib. 28 yaşlı hücumçu ilə ölkəsinin bir sıra klubları və ABŞ-ın "Los-Angeles Qelaksi” komandası da maraqlanır. 

Son xəbərlər

Orphus sistemi