Millimizin kapitanı cəzalandırıldı

Millimizin kapitanı cəzalandırıldı İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın I turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:
Futbol
8 Sentyabr , 2020 13:03
Millimizin kapitanı cəzalandırıldı

AFFA İntizam Komitəsi "Zirə" klubunun üzvü və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Hacıağa Hacılını bir oyunluq cəzalandırıb. 

"Report"un məlumatına görə, buna 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının ilk turunda keçmiş komandası "Qəbələ" ilə görüş zamanı qeyri-idman hərəkətinə yol verməsi səbəb olub. Həmin qarşılaşmada ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılmış Hacılı növbəti oyunda "Səbail"ə qarşı oynamayacaq, klubu isə 200 manat cərimə ödəyəcək. 

Bu oyun təşkilati baxımdan pozuntularla da müşayiət olunub. Nəticədə "Qəbələ" klubu təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün 400 manat, topdaşıyan şəxslərin yaş həddinin pozulması səbəbindən isə 800 manat ziyana düşüb. 

"Neftçi" isə “Səbail” komandası ilə görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib. 

Son xəbərlər

Orphus sistemi