AFFA yığma komandaların baş məşqçiləri ilə müqaviləni yenilədi

AFFA yığma komandaların baş məşqçiləri ilə müqaviləni yenilədi Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçilərinin başa çatmaqda olan müqavilələrinin müddəti qarşılıqlı razılıqə əsasında uzadılıb.
Futbol
24 dekabr 2020 08:44
AFFA yığma komandaların baş məşqçiləri ilə müqaviləni yenilədi
Milan Obradoviç

Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçilərinin başa çatmaqda olan müqavilələrinin müddəti qarşılıqlı razılıqə əsasında uzadılıb.

Bu barədə "Report"a AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.

Milli assosiasiya rəsmisinin sözlərinə görə, Aqil Nəbiyev U-16, Miloş Velebit U-17, Elxan Abdullayev U-18, Samir Əliyev U-19, Milan Obradoviç isə U-21 komandasındakı işlərini davam etdirəcəklər. Müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək.

Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin az öncə başa çatan iclasında qəbul olunub.

Son xəbərlər

Orphus sistemi