AFFA və UNICEF yeni layihəyə start verib - VİDEO

AFFA və UNICEF yeni layihəyə start verib - VİDEO Əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir
Futbol
16 Mart , 2017 14:38
AFFA və UNICEF yeni layihəyə start verib - VİDEO

Bakı. 16 mart. REPORT.AZ/ AFFA və UNICEF yeni layihəyə start verib. 

"Report"un assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir.

Layihənin əsas şüarı olan “Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!” sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır.

Kampaniya çərçivəsində 4 futbolçunun iştirakı ilə sosial videoçarx çəkilib:

Elvira Əsgərzadə – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının qapıçısı

Maksim Medvedev – Azərbaycan milli komandasının müdafiəçisi

Həqiqət Qasımova – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının müdafiəçisi

Qara Qarayev – Azərbaycan milli komandasının yarımmüdafiəçisi

Videoçarx AFFA-nın martın 15-də keçirilmiş Hesabat Konfransında UNICEF nümayəndəsi Min Yuanın təqdimatı ilə futbol ictimaiyyətinə və mətbuat nümayəndələrinə nümayiş etdirilib.

Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situsiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.

Son xəbərlər

Orphus sistemi