AFFA və “Bakcell” arasında müqavilənin uzadılmasına dair razılıq əldə olunub

AFFA və “Bakcell” arasında müqavilənin uzadılmasına dair razılıq əldə olunub Bakı. 4 may. REPORT.AZ/ AFFA və “Bakcell” şirkəti Bakının Nizami rayonu ərazisində yerləşən stadionun “Bakcell Arena” adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.
Futbol
4 May , 2018 10:33
AFFA və “Bakcell” arasında müqavilənin uzadılmasına dair razılıq əldə olunub

Bakı. 4 may. REPORT.AZ/ AFFA və “Bakcell” şirkəti Bakının Nizami rayonu ərazisində yerləşən stadionun “Bakcell Arena” adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.

Bu barədə “Report”a AFFA-dan məlumat verilib. 

Bildirilib ki, əldə edilən razılığa əsasən, qeyd olunan stadion növbəti il ərzində də “Bakcell Arena” adlandırılacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən arena qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək “Bakcell Arena” adlandırılıb. 

Son xəbərlər

Orphus sistemi