AFFA və TFF legionerlərlə bağlı danışıqlar aparır

AFFA və TFF legionerlərlə bağlı danışıqlar aparır Azərbaycan Premyer Liqasında çıxış edən türkiyəli futbolçular legioner hesab edilməyə bilər.
Futbol
497
26 Noyabr , 2020 09:27
AFFA və TFF legionerlərlə bağlı danışıqlar aparır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Türkiyə Futbol Federasiyası (TFF) iki ölkə futbolçularının legioner statusu ilə oynamamaları üçün danışıqlar aparır.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə mətbuatına açıqlamasında bildirib.

E.Məmmədov deyib ki, hazırda bu yöndə danışıqlar davam edir. AFFA rəsmisi Türkiyədə yetişmiş futbolçuları Azərbaycan Premyer Liqasında daha çox görmək istədiklərini söyləyib: "Hazırda çempionatımızda türkiyəli 2 futbolçu çıxış edir. "Başakşehir"dən icarə əsasında "Neftçi"yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə "Sabah" komandasının formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir".

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında azərbaycanlı futbolçu çıxış etmir. Türkiyə I Liqasında isə yığma üzvü Araz Abdullayev "Boluspor"un formasını geyinir.

Son xəbərlər

Orphus sistemi