AFFA təşəkkürnamə ilə təltif olundu

AFFA təşəkkürnamə ilə təltif olundu Qan donorluğunda fəal iştirakına görə AFFA Milli Hematologiya və Transfuziologiya Mərkəzi, həmçinin Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Futbol
133
11 İyun , 2020 14:16
AFFA təşəkkürnamə ilə təltif olundu

Qan donorluğunda fəal iştirakına görə AFFA Milli Hematologiya və Transfuziologiya Mərkəzi, həmçinin Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.

"Report"un məlumatına görə, təşəkkürnamə bu gün AFFA-nın baş həkimi Vyaçeslav Xomenkoya təqdim olunub.

Qeyd edək ki, mayın 21-də AFFA-nın təşəbbüsü ilə Futbol akademiyasında təşkil olunan qanvermə aksiyasında AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

İyunun 14-ü bütün dünyada Beynəlxalq Qan Donoru Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi