AFFA tərəfindən videotəmrinlər hazırlandı - VİDEO

AFFA tərəfindən videotəmrinlər hazırlandı - VİDEO AFFA tərəfindən videotəmrinlər hazırlanıb.
Futbol
12 Mart , 2020 16:09
AFFA tərəfindən videotəmrinlər hazırlandı - VİDEO

AFFA tərəfindən videotəmrinlər hazırlanıb. 

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna  AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku"nun oyunları 2020-ci il martın 27-dək təxirə salınması səbəb olub. 

Təhsil müəssisələrində də tədris prosesinə müvəqqəti fasilə verilməsini, həmçinin klubların nəzdindəki uşaq, yeniyetmə və gənclər komandalarında məşqlərin qeyd olunan müddətə dayandırılmasını nəzərə alaraq bu addım atılıb.

Futbolla məşğul olan uşaq, yeniyetmə və gənclər həmin videoçarxlarda göstərilən təmrinləri yaşadıqları ərazinin yaxınlığındakı müvafiq sahələrdə gündə 2 dəfə olmaqla yerinə yetirməklə idman formasını qoruyub saxlaya bilər. Eyni zamanda futbolla mütəmadi məşğul olmayan şagird və tələbələrin də idman dərslərinin müvəqqəti olaraq keçirilməməsini nəzərə alaraq, videoçarxlarda öz əksini tapmış hərəkətlərdən istifadəsi tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi