AFFA tender elan edib

AFFA tender elan edib Bakı. 27 fevral. REPORT.AZ/ AFFA Kütləvi futbol departamenti tərəfindən təşkil olunacaq tədbirlər üçün zəruri idman ləvazimatlarının alınması ilə bağlı tender elan edib.
Futbol
27 Fevral , 2019 10:40
AFFA tender elan edib

Bakı. 27 fevral. REPORT.AZ/ AFFA Kütləvi futbol departamenti tərəfindən təşkil olunacaq tədbirlər üçün zəruri idman ləvazimatlarının alınması ilə bağlı tender elan edib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 2019/20-ci il mövsümü üçün tələb olunan ləvazimatların siyahısında futbolka, mayka, şortik, getr, dəst idman geyimi və nakidka yer alıb.

Qeyd edək ki, Kütləvi futbol departamenti mövsüm ərzində məktəblərdə futbol dərsləri, uşaq baxçalarında futbol dərsləri, sosial layihələr (sağlamlıq imkanları məhdud olan), valideyn himayəsindən məhrum olan uşaqlar üçün turnir, məktəbli kuboku (qızlar üçün), məhəllə futbolu və s. layihələr həyata keçirir.

Son xəbərlər

Orphus sistemi