AFFA "Sumqayıt"ın qapıçısı ilə "Zirə"nin məşqçisini cəzalandırıb

AFFA "Sumqayıt"ın qapıçısı ilə "Zirə"nin məşqçisini cəzalandırıb Bakı. 13 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Futbol
13 Noyabr , 2018 15:25
AFFA Sumqayıtın qapıçısı ilə Zirənin məşqçisini cəzalandırıb

Bakı. 13 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. 

"Report"un məlumatına görə, “Neftçi” – “Zirə” matçında meydan sahiblərinin 4, qonaqların isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib. 85-ci dəqiqədə “Zirə”nin məşqçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozması səbəbindən 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. 

“Keşlə” ilə qarşılaşmanın 67-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmış “Sumqayıt”ın qapıçısı Orxan Sadıqlı da 1 oyun cəzalanıb. Onun klubu isə 200 manat ziyana düşüb. 

Son xəbərlər

Orphus sistemi