Hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib Bakı. 31 yanvar. REPORT.AZ/ AFFA-nın Futbol Akademiyasında Azərbaycan Premyer Liqası və Birinci divizion oyunlarına təyinat alan hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
Futbol
31 Yanvar , 2019 19:47
Hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Bakı. 31 yanvar. REPORT.AZ/ AFFA-nın Futbol Akademiyasında Azərbaycan Premyer Liqası və Birinci divizion oyunlarına təyinat alan hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib. 

"Report" xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib.

O, İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verib. 

Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən S.Səlimli seminar iştirakçılarının suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər: http://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967

Son xəbərlər

Orphus sistemi