AFFA sabah Türkiyə şirkəti ilə müqavilə bağlayacaq

AFFA sabah Türkiyə şirkəti ilə müqavilə bağlayacaq AFFA və Türkiyənin “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanacağı tarix açıqlanıb.
Futbol
14 İyun , 2021 13:22
AFFA sabah Türkiyə şirkəti ilə müqavilə bağlayacaq

AFFA və Türkiyənin “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanacağı tarix açıqlanıb.

"Report" "Fanatik" nəşrinə istinadən xəbər verir ki, tərəflər iyunun 15-də milli assosiasiyanın inzibati binasında rəsmi sözləşməyə imza atacaqlar.

Mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və şirkətin baş direktoru Hilal Suerdem iştirak edəcəklər. Anlaşmaya əsasən, Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.

Qeyd edək ki, “Kiğılı” şirkəti 1938-ci ildə parça satışı məqsədilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb.

Son xəbərlər

Orphus sistemi