AFFA "Qəbələ" və "Sabah"ı cərimələyib

AFFA "Qəbələ" və "Sabah"ı cərimələyib AFFA İntizam Komitəsi Qəbələ klubunun əsas komandasının futbolçusu Ülvi İsgəndərovu bir oyunluq cəzalandırıb.
Futbol
18 Dekabr , 2019 12:31
AFFA Qəbələ və Sabahı cərimələyib
AFFA

AFFA İntizam Komitəsi "Qəbələ" klubunun əsas komandasının futbolçusu Ülvi İsgəndərovu bir oyunluq cəzalandırıb. 

"Report"un məlumatına görə, səbəb hücumçunun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"la görüşdə qırmızı vərəqə almasıdır. Əyalət təmsilçisi 200 manat cərimə ödəməli olacaq. 

Qurum "Sabah"ı isə 800 manat məbləğində cərimələyib. Komandanın 4 futbolçusu "Qəbələ" ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb. 

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı dekabrın 19-da saat 18:00-da “Bank Respublika Arena”da olacaq. 

Son xəbərlər

Orphus sistemi