AFFA rəsmisi "Zenit" - "Çelsi" oyununa təyinat alıb

AFFA rəsmisi "Zenit" - "Çelsi" oyununa təyinat alıb AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
Futbol
305
29 Noyabr , 2021 10:21
AFFA rəsmisi Zenit - Çelsi oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

"Report" xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində Rusiyanın “Zenit” və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək VI tur matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, dekabrın 8-ə Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 21:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi