AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Futbol
5 İyul , 2021 10:34
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı
Zaur Hacı-Məhərrəmov

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Gürcüstanın "Dila" və Slovakiyanın "Jilina" komandaları arasında UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma iyulun 15-də Gürcüstanın Qori şəhərindəki “Tengiz Burjanadze” stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi