AFFA rəsmisi: "Bizə məşqlərlə bağlı şikayət daxil olmayıb"

AFFA rəsmisi: "Bizə məşqlərlə bağlı şikayət daxil olmayıb" AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Azərbaycan millisinin futbolçularının baş məşqçi Canni De Byazinin məşq prosesindən narazılıq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Futbol
398
3 Sentyabr , 2020 18:22
AFFA rəsmisi: Bizə məşqlərlə bağlı şikayət daxil olmayıb

AFFA Azərbaycan millisinin futbolçularının baş məşqçi Canni De Byazinin məşq prosesindən narazılıq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında məlumatı təkzib edib. O, belə bir halın yaşanmadığını söyləyib.

"Millinin düşərgəsində olan futbolçulardan hazırlıq prosesi və ya hər hansı digər məsələ ilə bağlı AFFA-ya heç bir şikayət daxil olmayıb", - F.Abdulla bildirib.

Milli assosiasiya rəsmisi yığmanın yeganə legioneri Renat Dadaşovun hazırda düşərgədə olduğunu və məşqlərdə iştirak etdiyini də vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburq seçməsini qəbul edəcək. Yığma 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi