AFFA rəsmilərinə UEFA-dan yeni təyinat gəlib - ƏLAVƏ OLUNUB

AFFA rəsmilərinə UEFA-dan yeni təyinat gəlib - ƏLAVƏ OLUNUB Sərxan Hacıyev “Maribor” – “Sevilya” oyununun UEFA nümayəndəsi olacaq
Futbol
261
17 Noyabr , 2017 11:01
AFFA rəsmilərinə UEFA-dan yeni təyinat gəlib - ƏLAVƏ OLUNUB

Bakı. 17 noyabr. REPORT.AZ/ AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiyanın rəsmisi Gənclər Liqasının qrup mərhələsində “Maribor” (Sloveniya) – “Sevilya” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq. Matç dekabrın 6-da Sloveniyanın Lendava şəhərində keçiriləcək.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov isə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) - "Benfika" (Portuqaliya) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək. Oyun noyabrın 22-də Moskva şəhərindəki ÇSKA Arenada olacaq. 

Son xəbərlər

Orphus sistemi