AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb

AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb İsveçrədə TEP proqramı çərçivəsində dəyirmi masa işə başlayıb
Futbol
25 Yanvar , 2017 13:05
AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa işə başlayıb. 

"Report"un məlumatına görə, iki gün davam edəcək tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və onun müavini Sərxan Hacıyev təmsil edəcək.

Dəyirmi masaya Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Niderland, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələri qatılacaq. 

Son xəbərlər

Orphus sistemi