AFFA rəsmiləri Nur-Sultandakı "UEFA GROW" layihəsinin növbəti seminarında iştirak ediblər

AFFA rəsmiləri Nur-Sultandakı "UEFA GROW" layihəsinin növbəti seminarında iştirak ediblər Qazaxıstanın paytaxtı Nur-Sultanda UEFA GROW layihəsinin şərqi Avropa üzrə növbəti seminarı keçirilib.
Futbol
26 Noyabr , 2019 13:08
AFFA rəsmiləri Nur-Sultandakı UEFA GROW layihəsinin növbəti seminarında iştirak ediblər

Qazaxıstanın paytaxtı Nur-Sultanda "UEFA GROW" layihəsinin şərqi Avropa üzrə növbəti seminarı keçirilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mövzusu “Qadın futbolu marketinqi” olan seminarda Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojinin açılış nitqindən sonra UEFA-nın biznesin inkişafı meneceri Oleksandr Kuçeryavıy, biznesin inkişafı koordinatoru Polli Bankroft və ‘UEFA GROW” eksperti Sissel Hartley tərəfindən təqdimatlar edilib. 

Həyata keçirilmiş müxtəlif layihələr müzakirə olunub. Həmçinin iştirakçı Milli Assosiasiyaların nümayəndələri ölkələrində həyata keçirdikləri layihələri nümayiş etdiriblər.

Bu gün başa çatan seminarda AFFA Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev və departamentin əməkdaşı Nərmin Əliyeva ilə təmsil olunub.

“UEFA GROW” UEFA-nın tərəfindən üzv milli asosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdır. AFFA 2015-ci ildən başlanan layihənin akiv iştirakçılarındadır.

Son xəbərlər

Orphus sistemi