AFFA rəsmiləri AVRO-2020-nin loqotip təqdimatında iştirak edib

AFFA rəsmiləri AVRO-2020-nin loqotip təqdimatında iştirak edib Tədbir Belçikanın paytaxtı Brüsseldə keçirilib
Futbol
14 Dekabr , 2016 15:05
AFFA rəsmiləri AVRO-2020-nin loqotip təqdimatında iştirak edib

Bakı. 14 dekabr. REPORT.AZ/ AVRO-2020-nin ev sahibi şəhərlərindən olan Belçikanın paytaxtı Brüsseldə loqotipinin təqdimat mərasimi keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva iştirak edib.

Brüsselin meriya binasında təşkil olunan tədbirə UEFA İcraiyyə Komitəsinin üzvü Mixael van Praaq da qatılıb.

Qeyd edək ki, sentyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi