AFFA rəhbərliyi Tərlan Əhmədovu təbrik edib

AFFA rəhbərliyi Tərlan Əhmədovu təbrik edib AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov 50 yaşı tamam olan veteran futbolçu Tərlan Əhmədovla görüşüb.
Futbol
594
17 Noyabr , 2021 17:03
AFFA rəhbərliyi Tərlan Əhmədovu təbrik edib
Tərlan Əhmədov və Elxan Məmmədov

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov 50 yaşı tamam olan veteran futbolçu Tərlan Əhmədovla görüşüb.

"Report"un məlumatına görə, görüş milli assosiasiyanın inzibati binasında baş tutub.

Məmmədov AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından onu təbrik edib, xoş arzularını çatdırıb. Yubilyara Azərbaycan milli komandasının forması hədiyyə olunub.

Tərlan Əhmədov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.

Qeyd edək ki, Tərlan Əhmədov 1990-cı ildə SSRİ U-19 yığmasının heyətində Avropa çempionu adını qazanıb. Keçmiş müdafiəçi “Neftçi”, “Turan”, “Qarabağ”, “Karvan”, “Şəfa”, “Olimpik-Şüvəlan”, “Terek” (Rusiya), “Anji” (Rusiya), “Fakel” (Rusiya), “Volın” (Ukrayna) və başqa klubların heyətində çıxış edib.

O, Azərbaycan milli komandasında 75 oyun keçirib, 1999-cu ildən 2005-ci ilə qədər yığmanın kapitanı olub.

Son xəbərlər

Orphus sistemi