AFFA "Qəbələ"yə maliyyə yardımı ayıracaq

AFFA "Qəbələ"yə maliyyə yardımı ayıracaq Avqustun 14-də Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək.
Futbol
13 Avqust , 2021 14:15
AFFA Qəbələyə maliyyə yardımı ayıracaq

Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə də sabit maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə AFFA arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də milli assosiasiya əyalət təmsilçisinə maddi dəstək göstərəcək.

Ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ”nin əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, akademiyanın da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

"Qəbələ" göstərdiyi dəstəyə gorə AFFA-ya təşəkkür edib.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi